Ötən il SOCAR 7,4 mln. ton neft hasil edib ki, bu da 2019-cu ilin göstəricisindən 4% azdır.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ötən il SOCAR 7,3 mlrd. kubmetr qaz hasil edib, bu da illik ifadədə 7,4% artım deməkdir.
Xatırladaq ki, 2019-cu ildə SOCAR birbaşa öz imkanları ilə istismar etdiyi yataqlarda neft və qaz hasilatını sabitləşdirməyə nail olub və il ərzində 7,7 mln. ton neft, 6,8 mlrd. kubmetr qaz hasil edilib.