SOCAR neft-kimya məhsullarından gəlirlərini artırıb

SOCAR neft-kimya məhsullarından gəlirlərini artırıb
# 30 iyun 2020 13:15 (UTC +04:00)

SOCAR 2019-cu ildə neft-kimya məhsullarının satışından 3 914 mln. manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 0,5% çoxdur.

Bu barədə "APA-Economics" SOCAR-ın 2019-cu il üçün konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2018-ci ildə SOCAR neft-kimya məhsulları üzrə gəlirləri 3 894 mln. manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın ümumi gəlirləri 83 752 mln. manat olub. Bu, 2018-ci il ilə müqayisədə 22,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR