SOCAR ötən il 151 min metrə yaxın qazma işləri həyata keçirib

SOCAR ötən il 151 min metrə yaxın qazma işləri həyata keçirib
# 16 yanvar 2020 12:28 (UTC +04:00)

Ötən il SOCAR 151 min metrə yaxın qazma işləri həyata keçirib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5,6% azdır.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata əsasən, 2019-cu ildə SOCAR və TOTAL şirkətlərinin birgə layihəsi çərçivəsində “Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə 7411 metr dərinliyinə Azərbaycanın qazma uzunluğuna görə ən dərin quyusu qazılmışdır. “Abşeron” yatağının işlənməsi gələcəkdə qaz hasilatının artırılması üçün ən mühüm layihələrdən biridir. Yataqda hasilatın 2021-ci ildə başlanılması, çıxarılacaq qaz həcmlərinin ilk növbədə daxili bazarın tələbatına yönləndirilməsi nəzərdə tutulur.

“Hesabat ili ərzində ölkə üzrə 291 min metr , SOCAR üzrə 151 min metrə yaxın qazma işləri həyata keçirilib”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR