SOCAR pandemiya səbəbindən bu il qazma işlərini 50% azaldıb

SOCAR pandemiya səbəbindən bu il qazma işlərini 50% azaldıb
# 15 iyul 2020 17:20 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında SOCAR 40 727 metr qazma işləri həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3% azdır.

"APA-Economics"in SOCAR-ın dərc etdiyi rüblük hesabatı əsasında apardığı hesablamalara görə, 2019-cu ilin yanvar-iyun aylarında şirkət tərəfindən aparılan qazma işləri 81 896 metr təşkil edib.

Məlumata əsasən, yeni növ koronavirusun (COVID-19) pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və "OPEC+" razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır istehsal əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və, müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR