SOCAR və Belarus uzunmüddətli neft tədarükünə dair danışıqlar aparır

SOCAR və Belarus uzunmüddətli neft tədarükünə dair danışıqlar aparır
  • Clock-gray 17:21
  • calendar-gray 03 Mart 2020

SOCAR Belarusun "Belneftexim" konserni ilə uzunmüddətli neft tədarükü ilə bağlı danışıqlar aparır.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Hazırda bu istiqamətdə danışıqlar aparılır, yazılı razılaşma hələ imzalanmayıb", - deyə İ. Əhmədov bildirib.

SOCAR-ın rəsmisi neftin həcmləri barədə məlumat verməyib.

Qeyd edək ki, öncə “Belneftexim” konserninin rəhbəri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci il ərzində Belarusa 1 mln. tona qədər neft tədarük edə bilər. Onun sözlərinə görə, həcm ildən-ilə artacaq. Bu il üçün nəzərdə tutulan neft həcmi isə 1 mln. tonadək təşkil edəcək. Həcm hər ay iqtisadi və maddi-texniki komponentlər əsasında müəyyənləşdiriləcək. Lakin bu, (Azərbaycan neftinin Belarusa tədarükü – red.), davamlı olacaq.

Xatırladaq ki, SOCAR bu ilin martın 5-6-da Türkiyənin Ceyhan limanından Belarus üçün bir tanker neft göndərəcək. Razılaşmanın şərtlərinə əsasən, 85 min ton həcmdə neft Odessaya çatdırılacaq. Öncə SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün bir 85 min ton həcmində tanker neftin "Supsa" limanından göndərilməsi barədə razılıq əldə edilmişdi. Ümumilikdə, mart ayında SOCAR Belarus tərəfinə ümumi həcmi 170 min ton iki tanker neft göndərəcək.

Emil İsmayılov

Digər xəbərlər