SOCAR yeraltı anbarlara qazvurma mövsümünə hazırlaşır

SOCAR yeraltı anbarlara qazvurma mövsümünə hazırlaşır
# 21 fevral 2020 17:26 (UTC +04:00)

Azərbaycanda yeraltı anbarlara qazvurma mövsümünün yaxınlaşdığını nəzərə alaraq, kompressor maşınlarının qazvurmaya hazırlanması üçün lazım olan tədbirlər görülür.

Bunu "APA-Economics" SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) istinadən xəbər verir.

Məlumata görə, "Azneft"in baş direktoru Şahmar Hüseynov Qaz Anbarlarının İstismarı İdarəsində yeni qazvurma mövsümünə hazırlıqla bağlı görülən işlərlə tanış olub. "Qalmaz" yeraltı qaz anbarına gələn Şahmar Hüseynov və birliyin digər rəhbər şəxsləri işçi heyətlə görüşüb, həyata keçirilən tədbirlərə baxış keçiriblər.

Qeyd edək ki, Qaz Anbarlarının İstismarı İdarəsinin balansında 2 – "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarı var. Uzun illərin təcrübəsi göstərir ki, qazvurma mövsümündə anbarlara vurulan qazın ən böyük hissəsi Qaradağ QKS-in üzərinə düşür.

Xatırladaq ki, yeraltı anbarlara qazın vurulması adətən yaz aylarında başlayır.

Azərbaycanda yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2019-cu ildə tarixi rekord səviyyəyə – 3,036 mlrd. kubmetrə çatdırılıb ki, bunun da 2,266 mlrd. kubmetri 2019-cu ilin aprel-oktyabr aylarında vurulub.

Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR