SOCAR: Yeraltı qaz anbarlarına bu il vurulan qazın həcmi rekord səviyyəyə çatıb

SOCAR: Yeraltı qaz anbarlarına bu il vurulan qazın həcmi rekord səviyyəyə çatıb
# 26 noyabr 2019 11:45 (UTC +04:00)

Azərbaycanda yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2019-cu ildə tarixi rekord səviyyəyə – 3,036 mlrd. kubmetrə çatdırılıb ki, bunun da 2,266 mlrd. kubmetri 2019-cu ilin aprel-oktyabr aylarında vurulub.

"APA-Economics"in məlumatına görə bunu, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Natural Gas World”a bildirib.

Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. "Qalmaz" və "Qaradağ" yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.

İ. Əhmədovun sözlərinə görə, "Qaradağ" və "Qalmaz" anbarlarından qazın götürülməsinə müvafiq olaraq noyabrın 15-də və 18-də başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR