"Şahdəniz" yatağında qazın hasilatı artırılacaq

"Şahdəniz" yatağında qazın hasilatı artırılacaq
# 04 fevral 2021 13:10 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində yerləşən yatağın dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin II rübünə planlaşdırılır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır və hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

Məlumata görə, hesabat dövrü "İstiqlal" və "Maersk Explorer" qurğuları "Şahdəniz-2" hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb – yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

"Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək", - məlumatda qeyd edilir.

Vurğulanır ki, 2020-ci ildə "Şahdəniz Alfa" platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR