"Şahdəniz"də qaz və kondensat hasilatı artacaq - PROQNOZ

"Şahdəniz"də qaz və kondensat hasilatı artacaq - PROQNOZ
# 05 yanvar 2021 14:15 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 21,3 mlrd. kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcə layihəsinə verdiyi rəydə deyilir.

Rəyə əsasən, 2020-ci ildə yataqdan 18,4 mlrd. kubmetr qazın hasil olunduğu proqnozlaşdırılır. 2019-cu ildə bu göstərici 16,8 mlrd. kubmetr təşkil edib.

Bununla yanaşı, 2021-ci ildə yataqda 32,5 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırır. Ötən il bu göstərici 29,2 mln. barel, 2019-cu ildə isə 28,6 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR