"Şahdəniz"dən bu il 16 mlrd. kubmetrdən çox qaz hasil edilib

"Şahdəniz"dən bu il 16 mlrd. kubmetrdən çox qaz hasil edilib
  • Clock-gray 14:44
  • calendar-gray 21 Dekabr 2020

Bu ilin yanvar-noyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 16,3 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü yataqdan 3,2 mln. ton kondensat hasil edilib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Emil İsmayılov

Digər xəbərlər