"Şahdəniz"dən qaz hasilatı bu il 13% artacaq - PROQNOZ

"Şahdəniz"dən qaz hasilatı bu il 13% artacaq - PROQNOZ
# 11 fevral 2020 16:52 (UTC +04:00)

Bu il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 18,96 mlrd. kubmetr qaz hasil ediləcəyi gözlənilir ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 12,8% çoxdur.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə yataqdan 4 mln. ton kondensat hasil ediləcək, bu isə 14,3% artım deməkdir.

BP-nin göstəricilərinə əsasən, 2019-cu ildə "Şahdəniz" yatağından 16,8 mlrd. kubmetr qaz və 3,5 mln. ton kondensat hasil edilib.

Xatırladaq ki, 2019-cu ildə "Şahdəniz" üzrə fəaliyyətlərə 544 mln. ABŞ dollarına yaxın əməliyyat xərcləri (5,9% azalma) və 1,1 mlrd. dollar əsaslı xərclər (23,6% azalma) çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR