Şamaxının Çuxuryurd kəndinin elektrik şəbəkəsi yenidən qurulub

Şamaxının Çuxuryurd kəndinin elektrik şəbəkəsi yenidən qurulub
# 19 oktyabr 2020 13:57 (UTC +04:00)

Şamaxı rayonunun Çuxuryurd kəndinin elektrik şəbəkəsində yenidənqurma işləri aparılıb.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, aparılan işlər çərçivəsində köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş ağac dayaqlar və sayğaclar yeniləri ilə əvəz olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan tədbirlər proqramının icrası uğurla davam edir.

Qeyd edək ki, “Yeni kəndlər” layihəsi çərçivəsində “Azərişıq” tərəfindən bu günədək ölkə üzrə 500-dən çox kənddə elektrik enerji sistemi tamamilə yenidən qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR