"S&P" gələn il neft qiymətləri üzrə proqnozunu açıqlayıb

"S&P" gələn il neft qiymətləri üzrə proqnozunu açıqlayıb
# 15 may 2020 17:41 (UTC +04:00)

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2021-ci ildə "Brent" markalı neftin bir barel üçün orta qiymətinin 50 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinin istinadən verdiyi məlumata görə, gələn il WTI markalı neftin orta qiyməti isə 45 dollar olacağı gözlənilir.

"S&P" agentliyinə görə, bu göstəricilər "OPEC+"ın (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hasilatın azalmasının dəstəkləmə qabiliyyətindən və ABŞ və qlobal iqtisadiyyatın COVID-19 pandemiyasından sonra bərpasından asılıdır.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR