"Saxo Bank": 2022-2023-cü illərdə neft qiymətlərində əhəmiyyətli artım gözlənilmir

"Saxo Bank": 2022-2023-cü illərdə neft qiymətlərində əhəmiyyətli artım gözlənilmir
# 26 yanvar 2021 15:51 (UTC +04:00)

"Brent" markalı neftin bir barelinin qiyməti (koronavirus təsirləri səbəbindən aşağı tələbat fonunda – red.) 2021-ci ilin ilk rübündə 50-55 ABŞ dolları arasında olacaq.

Bu barədə "APA-Economics" "Saxo Bank"ın proqnozuna istinadən xəbər verir.

İqtisadçı ekspertlər gündəlik tələbatın hələ də koronovirus pandemiyasından öncəki səviyyədən təxminən 6 mln. barel az olduğundan, 2022-ci və 2023-cü illərdə neft qiymətlərinin əhəmiyyətli artımını gözləmirlər.

"Buna əsasən biz "Brent" markalı neftin I rüb ərzində 50-55 dollar aralığında ticarət olunacağını gözləyirik", - proqnozda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR