"Şimal axını-2" kəmərinin tikintisi dekabrda bərpa edilə bilər

"Şimal axını-2" kəmərinin tikintisi dekabrda bərpa edilə bilər
  • Clock-gray 11:11
  • calendar-gray 30 Noyabr 2020

"Şimal axını-2" qaz kəmərinin operatoru olan "Nord Stream 2 AG" şirkəti kəmərin qalan hissəsinin tikintisinə bu ilin dekabrın 5-də başlaya bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, tikinti çərçivəsində ilin sonunadək Almaniyanın müstəsna iqtisadi zonasında işlər başa çatdırıla bilər.

"Bu mərhələdə plan Almaniyanın müstəsna iqtisadi zonasındakı qaz kəmərinin hər bir qollunda 2,6 km-lik bir hissənin tikintisindən ibarətdir", - məlumatda deyilir.

Bu arada şirkətdə işlərin vaxtının hava şəraiti də daxil olmaqla bir sıra amillərdən asılı olduğunu əsas gətirərək "Şimal axını-2" kəmərinin inşası üzrə işlərin bərpa olunma tarixini təsdiqləməyiblər.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Emil İsmayılov

Digər xəbərlər