Səngəçal terminalından bu ilin I rübündə 66 mln. barel neft ixrac edilib

Səngəçal terminalından bu ilin I rübündə 66 mln. barel neft ixrac edilib
# 12 may 2020 12:19 (UTC +04:00)

Bu ilin I rübündə Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 66 mln. barel neft və kondensat ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 4,3% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin I rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, o cümlədən ötən dövr terminal 58 mln. barelə yaxın (4,9% azalma) BTC və təqribən 8 mln. barel (ötən ilin göstəricisinə demək olar ki bərabərdir) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 85 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51 mln. standart kubmetrdən çox "Şahdəniz" qazı ixrac edilib", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR