Son 5 ildə Azərbaycanda 1,2 mln. ədəd elektrik sayğac yenilənib

Son 5 ildə Azərbaycanda 1,2 mln. ədəd elektrik sayğac yenilənib
# 27 fevral 2020 15:47 (UTC +04:00)

2015-ci ildən bu günədək 1,2 mln. ədəd elektrik sayğacı yenisi ilə əvəz olunub.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

Onun sözlərinə görə, bu proses davam etdiriləcək və sayğacların istismar müddəti keçdikcə yeniləri ilə əvəz olunacaq: "Hazırda 1 milyonadək istismar müddəti keçən sayğac var, bu sayğacların yenisi ilə əvəz olunması qarşıya tələb kimi qoyulub və icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR