Səudiyyə Ərəbistanı Asiya və ABŞ-dan olan alıcılar üçün neft qiymətlərini artırır

Səudiyyə Ərəbistanı Asiya və ABŞ-dan olan alıcılar üçün neft qiymətlərini artırır
# 11 yanvar 2021 14:27 (UTC +04:00)

Səudiyyə Ərəbistanı fevral ayında Asiya və ABŞ-dan olan alıcılar üçün neft qiymətlərini artıracaq, avropalı müştərilər üçün isə əksinə – azaldacaq.

"APA-Economics"in dövlətə məxsus "Saudi Aramco" şirkətinə istinadən verdiyi məlumata görə, şirkət asiyalı alıcılar üçün neftin bir barelinin qiymətini 0,7 ABŞ dolları, amerikalı alıcılar üçün isə 0,2 dollar artıracaq.

Məlumata görə, Avropadan olan alıcılar üçün fevralda qiymət 0,5 dollar endiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR