Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini artırıb
  • Clock-gray 13:40
  • calendar-gray 08 Mart 2021

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft və qaz şirkəti,  Asiya və ABŞ üçün neft qiymətlərini artırıb, Avropadakı müştərilər üçün isə qiymətlər endirilib. “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.

Bildirilir ki, Asiya üçün “Arab Light”ın bir barelinə olan qiyməti 40 sent artırıldı (etalon qiymətindən 1,4 dollar yuxarı). Məlumatda qeyd olunur ki, ABŞ üçün neft qiymətləri artırılıb, Avropa üçün isə əksinə bir barel üçün qiymət 1,7 dollar endirilib.

Bu, Səudiyyə Ərəbistanı tərəfindən qiymət müharibəsi başlatdıqdan sonra, satış qiymətlərinin ən yüksək səviyyəyə qalxdığı kimi qiymətləndirilib. Səudiyyə Ərəbistanı OPEC + neft istehsalını dəyişməz saxlamağa dair şok qərar qəbul etməsindən sonra tələbin davamlı böyüməsini gözləyir. 

Xatırladaq ki, mart görüşündə OPEC + gözlənilmədən bütün ölkələri üçün neft hasilatının hazırkı səviyyədə saxlanılmasına dair qərar verib. Bununla yanaşı, aprel ayında Rusiya üçün hasilatda gündə 130 min barel, Qazaxıstan üçün isə 20 min barel artırmağına dair qərar verilib. 

OPEC + nazirliklər səviyyəsində Monitorinq Komitəsinin növbəti iclası 31 martda, bütün OPEC + alyansının iclası isə 1 aprel tarixində baş tutacaq.

 

Hüseyn Vəliyev

Digər xəbərlər