Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasının uzadılmasının tərəfdarıdır

Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasının uzadılmasının tərəfdarıdır
# 30 mart 2021 10:19 (UTC +04:00)

Aşağı tələbat fonunda Səudiyyə Ərəbistanı "OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılmasının may və iyun ayları üçün uzadılmasını dəstəkləməyə hazırdır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters"ə öz mənbəyinə istinadən xəbər verir.

Bununla yanaşı, krallıq neft hasilatının razılaşmadan əlavə könüllü azaldılmasının uzadılmasına da hazırdır.

Mənbənin sözlərinə görə, tələbat hələlik kifayət qədər yüksək olmadığından qiymətlərin aşağı düşməsinin qarşısını almaq lazımdır.

Qeyd edək ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR