Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasına rəğmən mövcud hasilat həcmini saxlamaq niyyətindədir

Səudiyyə Ərəbistanı neftin ucuzlaşmasına rəğmən mövcud hasilat həcmini saxlamaq niyyətindədir
# 10 sentyabr 2020 13:13 (UTC +04:00)

Səudiyyə Ərəbistanı neftin qiymətinin azalmasına baxmayaraq, hasilatın həcmini mövcud olan səviyyədə saxlamağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə "Financial Times" mənbəyə istinadən xəbər verir.

"Səudiyyə Ərəbistanının planları ilə tanış olan beş nəfər Brent markalı xam neftinin son bir həftə ərzində 10%-dən çox ucuzlaşması rəsmi Ər-Riyadın narahatlığına səbəb olduğunu, lakin çaxnaşmanın yaratmadığını bildirib", - məlumatda deyilir.

Mənbələrdən birinin sözlərinə görə, Səudiyyə Ərəbistanı heç bir problem görmür və neft hasilatının azaldılmasını artırmaq fikrində deyil, çünki neft bazarındakı bu cür dinamikalar "əhval-ruhiyyə" ilə əlaqəlidir.

Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı fond bazarlarının azalması və dolların möhkəmlənməsi səbəbindən neft bazarında satışın artması fikrini dəstəkləyir.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR