TANAP gələn ildən Avropa üçün nəzərdə tutulmuş qaz həcmlərinin nəqlini təmin edəcək

TANAP gələn ildən Avropa üçün nəzərdə tutulmuş qaz həcmlərinin nəqlini təmin edəcək
# 14 yanvar 2021 15:54 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) bu il 12,2 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransı zamanı TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, sözügedən həcmlərin 6 mlrd. kubmetr Türkiyə, 6,2 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulur.

S.Düzyol onu da qeyd edib ki, Avropa üçün nəzərdə tutulan qazın TANAP-la nəqli tədricən artacaq və 2022-ci il ərzində illik nəqletmə həcmləri bu göstərici 10,5 mlrd. kubmetrə çatacaq. TANAP-ın fəaliyyətindən əldə edilən illik gəlirlər 2022-ci ildən (kəmər tam nəqletmə gücünə çıxdıqdan sonra) 1,5 mlrd. ABŞ dollarından çox olacaq, deyə S.Düzyol qeyd edib.

TANAP-ın bu günə kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri - TAP, vasitəsi ilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR