TANAP-la indiyədək Türkiyəyə 9,4 mlrd. kubmetr qaz nəql edilib

TANAP-la indiyədək Türkiyəyə 9,4 mlrd. kubmetr qaz nəql edilib
# 11 fevral 2021 18:54 (UTC +04:00)

Bu günədək TANAP xətti ilə Türkiyəyə 9,4 mlrd. kubmetr qaz tədarük edilib.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Cənubi Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının VII iclasında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın siyasi iradəsi olmasaydı, TANAP layihəsi həyata keçirilməzdi. Nazir 2018-ci ildə istifadəyə verilən TANAP-ın Cənubi Qaz Dəhlizinin vacib hissəsi olduğunu qeyd edib. O, son bir neçə ildə bölgənin enerji təhlükəsizliyini təmin etməyə yönələn bir çox infrastruktur layihəsinin həyata keçirildiyini də qeyd edib.

F. Dönməz həmçinin Türkiyə və Azərbaycanın uğurlu əməkdaşlığının son nümunələrindən biri olan Türkiyə-Naxçıvan qaz kəmərinin inşası ilə bağlı memorandumun imzalanmasını da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR