TAP İtaliyanın qaz tələbatının 12%-ni ödəyəcək

TAP İtaliyanın qaz tələbatının 12%-ni ödəyəcək
  • Clock-gray 15:05
  • calendar-gray 08 Dekabr 2020

Azərbaycan qazını Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) bu ölkənin “mavi yanacağa” olan tələbatının 12%-ni ödəyəcək.

"APA-Economics"in "Euractiv"ə istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin hissəsi olan TAP kəməri təbii qazı yeni bir mənbədən və yeni bir marşrutla Avropaya çatdıracaq və bununla da qitənin enerji təhlükəsizliyi və tədarükün şaxələndirilməsi gücləndiriləcək.

"İtaliyaya nəql edilən həcmlər (ildə təqribən 8,5 mlrd. kubmetr) qaza olan milli tələbatın təxminən 12%-ni, Yunanıstan və Bolqarıstanın illik qaz tələbatının isə 20-30%-ni təmin edəcək", - deyə V. Veysəlov qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqli bu ilin sonunda başlayacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Emil İsmayılov

Digər xəbərlər