TAP-ın Yunanıstan hissəsinin qazla doldurulmasına başlanılıb

TAP-ın Yunanıstan hissəsinin qazla doldurulmasına başlanılıb
  • Clock-gray 15:39
  • calendar-gray 26 Noyabr 2019

Bu ilin noyabrın 25-də Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumu kəmərin Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasındakı 2 km hissəsinə təbii qazın doldurulmasına start verib.

TAP konsorsiumdan “APA-Economics”ə verilən məlumata görə, bu, boru kəmərlərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. Qaz kəmərinin sözügedən hissəsinin doldurulmasının məqsədi milli və beynəlxalq təhlükəsizlik və istismar standartlarına uyğun olaraq infrastrukturun tamamilə təhlükəsizliyini və proses başa çatdıqdan sonra istismara hazır olmasını təmin etməkdir.

Məlumata əsasən, qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz” (Xəzərin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yatağı) qazının Avropaya tədarükünün başlanğıcındakı növbəti addımdır. TAP vasitəsilə kommersiya qazının nəqli 2020-ci ilin oktyabrda başlayacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date