TAP-ın tikintisi çərçivəsində İtaliyada 550 km uzunluğunda boru çəkilib

TAP-ın tikintisi çərçivəsində İtaliyada 550 km uzunluğunda boru çəkilib
# 08 may 2020 15:28 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) inşası çərçivəsində İtaliya ərazisində 550 kilometrə yaxın boru çəkilərək torpağa basdırılıb.

"APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, İtaliya ərazisində torpaq bərpa işləri əsasən yekunlaşıb.

Məlumata görə, TAP-ın tikintisində istifadə edilən ilk borular və əyilmələr Yunanıstanın Saloniki və Kavala limanlarına 2016-cı ilin may ayında çatdırılıb.

Qeyd edək ki, TAP-ın inşasına başlanılandan bəri işlərin 94,1%-i yekunlaşıb (martın sonunda qeydə alınan göstərici).

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR