TAP kəmərinə sınaq məqsədilə 21 mln. kubmetrdən çox qaz vurulub

TAP kəmərinə sınaq məqsədilə 21 mln. kubmetrdən çox qaz vurulub
# 11 iyun 2020 14:25 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinə (TAP) sınaq məqsədilə 21,4 mln. kubmetr qaz vurulub.

"APA-Economics"in məlumatına görə, bunu Trans-Anadolu qaz kəmərinin (TANAP) baş direktoru Saltuk Düzyol "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə TAP nümayəndələri artıq layihənin dəniz hissəsində işləri tamamlayıb və bundan sonra sınaq qazı tələbdən asılı olaraq artırıla bilər.

"Azərbaycan qazının Avropaya ticari olaraq nəqlinin başlanması üçün Avropa sərhədləri daxilində inşa edilən TAP kəmərinin tamamlanmasını gözləyirik. Quru boru xəttinin inşasının böyük hissəsinin tamamlandığı TAP-a sınaq və doldurulması üçün 21,4 mln. kubmetr qaz vermişik. TAP nümayəndələri də iyunun 9-da layihənin dəniz hissəsinin tamamlandığını açıqlayıb. Qarşıdakı aylarda gələcək tələbdən asılı olaraq qazın miqdarını artıracağıq. TAP-ın test və doldurulması işlərinin tamamlanmasının ardınca Avropaya kommersiya qazının nəqlinə başlamağı planlaşdırırıq", - deyə S. Düzyol bildirib.

O həmçinin qeyd edib ki, koronavirus pandemiyası layihə üzrə fəaliyyət planına təsir etməyib və işlər fasiləsiz davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR