TAP konsorsiumu bazar sınaqlarının cədvəlinə dəyişiklik edib

TAP konsorsiumu bazar sınaqlarının cədvəlinə dəyişiklik edib
# 05 iyun 2020 12:00 (UTC +04:00)

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək "market-test"in (bazar sınaqları) keçirilməsi qrafikinə dəyişiklik edib.

Konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, "market-test"in ikinci mərhələsi 2021-ci ilin yanvarında deyil, gələn ilin iyulunda keçiriləcək.

Məlumata əsasən, qrafikə dəyişikliyin edilməsinin əsas məqsədi enerji bazarlarının bərpa olunması üçün daha çox vaxtın verilməsidir. İştirak üçün müvafiq məlumatlar "market-test"in keçirilməsindən ən azı iki ay öncə veriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb. Market-test kəmərin həcminin artırılması planlar çərçivəsində aparılır.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR