TAP-la nəql edilən Azərbaycan qazının həcmi 1 mlrd. kubmetrə çatıb

TAP-la nəql edilən Azərbaycan qazının həcmi 1 mlrd. kubmetrə çatıb
# 19 mart 2021 15:49 (UTC +04:00)

Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya Azərbaycan qazının ilk milyard kubmetri nəql edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

"TAP ilə nəql edilən qaz Avropa İttifaqını yeni mənbədən etibarlı, təhlükəsiz və sərfəli enerji ilə təmin edilməsində əsas rol oynayır”, - deyə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) qeyd edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR