TAP marşrutu üzrə 99% torpaq örtüyü bərpa olunub

TAP marşrutu üzrə 99% torpaq örtüyü bərpa olunub
# 03 dekabr 2019 12:25 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşası çərçivəsində marşrut üzrə 99% torpaq örtüyü bərpa edilib.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, torpaq örtüyünün bərpası işləri Yunanıstan, Albaniya və İtaliya ərazisində aparılıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. TAP-ın inşasına başlanılandan bəri işlərin 90,5%-i yekunlaşıb

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR