TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 24% azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 24% azalıb
# 16 mart 2021 15:39 (UTC +04:00)

Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 3 277,3 min ton təşkil edib ki, bu da illik müqayisədə 23,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə yüklərin 1835,0 min tonu və ya 56%-i avtomobil nəqliyyatı, 1106,3 min tonu və ya 33,8%-i dəmir yolu nəqliyyatı, 336 min tonu və ya 10,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

"Dəhliz vasitəsilə daşınmış yüklərin 21,7%-i və ya 709,9 min tonunu tranzit yüklər təşkil edib", - komitədən bildirilib.

Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 491,4 min ton olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 27% azdır. Yüklərin 20 656,4 min tonu və ya 53,7%-i avtomobil nəqliyyatı, 12 820,2 min tonu və ya 33,3%-i dəmir yolu nəqliyyatı, 5 014,8 min tonu və ya 13%-i dəniz nəqliyyatı ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR