Tankerlərlə neft daşımaları üzrə tariflər azalıb

Tankerlərlə neft daşımaları üzrə tariflər azalıb
# 08 aprel 2020 17:46 (UTC +04:00)

Ötən həftə dünyada supertankerlərlə yükdaşımalar üzrə tariflər maksimal həddə enib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" bu sahədə çalışan mütəxəssislərə istinadən xəbər verir.

Məlumata əsasən, mütəxəssislər qiymətlərin enməsini sənaye iştirakçılarının 9 aprel neft istehsalçılarının görüşünün (OPEC+) nəticəsini gözlədikləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, sözü gedən görüş zamanı Rusiya və Səudiyyə Ərəbistanı, neft qiymətlərini qorumaq üçün hasilatın azaldılması barədə razılaşmağa çalışacaqlar. Danışıqların müsbət nəticəsi daşımalar üzrə tariflərin daha da enəcəyinə səbəb ola bilər. Görüş zamanı müsbət nəticə edilmədiyi təqdirdə daşıma tarifləri yenidən arta bilər, məlumatda qeyd edilir.

Qeyd edək ki, "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-na təyin edilib. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR