Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir

Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilir
# 19 fevral 2021 17:03 (UTC +04:00)

Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuad Oktayın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası başlayıb.

APA-nın məlumatına görə, bu barədə Fuad Oktay Tvitter hesabında məlumat paylaşıb.

F. Oktay iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin ən qısa zamanda qardaşlıq münasibətlərini əks etdirəcək səviyyəyə çatacağına ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR