Türkiyə Azərbaycan qazının idxalını 20% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 20% artırıb
# 30 dekabr 2020 14:23 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə Azərbaycandan 9 381,02 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,34% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 7 795,21 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin oktyabr ayında da Azərbaycan 1 102,83 mln. kubmetrlə (+18,3%) Türkiyənin qaz idxalında ikinci yer tutub.

Bu ilin ilk 10 ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Yanvar-oktyabrda Rusiyadan Türkiyəyə 10 792,74 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Oktyabrda bu göstərici 2 045,8 mln. kubmetrə bərabər olub.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR