Türkiyə Azərbaycan qazının idxalını kəskin artırıb

Türkiyə Azərbaycan qazının idxalını kəskin artırıb
# 31 yanvar 2020 11:06 (UTC +04:00)

Ötən ilin yanvar-noyabrında ayları ərzində Türkiyə Azərbaycandan 8,65 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da ötən 2018-ci ilin eyni dövrü ilə müqayisədə 28,3% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən i 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 6,74 mlrd. kubmetrə yaxın qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Ötən lin yanvar-noyabr aylarında bu ölkədən Türkiyəyə təxminən 13,31 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 6,88 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən ilin 11 ayında Türkiyənin qaz idxalı 35,53 mlrd. kubmetrə yaxın təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR