Türkiyə Azərbaycandan qaz idxalını 27% artırıb

Türkiyə Azərbaycandan qaz idxalını 27% artırıb
# 26 fevral 2020 14:14 (UTC +04:00)

Ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə 2018-ci ildə Azərbaycandan 7,53 mlrd. kubmetrə yaxın qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Ötən il bu ölkədən Türkiyəyə təxminən 15,19 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 7,73 mlrd. kubmetrdən çox qaz nəql edib.

Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 39,19 mlrd. kubmetrə yaxın təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR