Türkiyə Prezidenti: “TANAP sülh layihəsidir”

Türkiyə Prezidenti: “TANAP sülh layihəsidir”
# 30 noyabr 2019 17:32 (UTC +04:00)

“Avropa ilə Asiyanı TANAP layihəsi vasitəsilə bir-birinə bağlayırıq. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində 7 il yarımlıq uzun və məşəqqətli bir prosesi uğurla başa çatdırırıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.

Türkiyə prezidenti cənub-qaz layihəsinin ana xəttini təşkil edən layihənin başa çatdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb: “Dəyərli qardaşım İlham Əliyevin şəxsi təşəbbüsləri və bu layihəyə diqqəti danılmzadır”.

Ərdoğan deyib ki, bu layihə enerji təminatından öncə sülh və həmrəylik layihəsidir: “Ölkələrimiz arasındakı köklü dostluğun simvoldur. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı etibarı əsasında gəlib. Türkiyənin 20 vilayət, 67 rayon və 600 kəndindən keçən bu xətt artıq Avropanın sərhədinə çatıb. TANAP-la Azərbaycanın 16 milyard kub metr qazı ölkəmizə çatdırılıb, bunun 6 milyard kub metrindən Türkiyə, 10 milyard kub metrindən isə Avropa yararlanacaq”.

Türkiyə prezidenti deyib ki, qarşıdakı illərdə TANAP-ın nəql tutumunu 24 milyard kubmetrə, sonra isə 31 milyard kubmetrə çatdırılacaq.

TANAP xəttinin Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya nəqli üçün TAP (Trans Adriatik Boru Xəttində) xəttinə bağlanacağını deyən Ərdoğan 2020-ci ilə də TAP layihəsinin başa çatacağını bildirib. O, Yunanıstan, Albaniya, Bolqarıstan, Makedoniya, Bosniya-Herseqovina kimi ölkələrin də bu layihədən yararlanacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR