Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazıntısına başlayıb

Türkiyə Qara dənizdə kəşfiyyat quyusunun qazıntısına başlayıb
  • Clock-gray 14:10
  • calendar-gray 05 Noyabr 2020

Türkiyənin "Fatih" gəmisi Qara dənizdə yerləşən yeni qaz yatağında "Türkali-1" axtarış quyusunun qazılmasına başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez öz "Twitter" hesabında paylaşıb.

Məlumata əsasən, qazma işləri 75 gün davam edəcək.

Xatırladaq ki, ehtiyatları 405 mlrd. kubmetr səviyyəsində qiymətləndirilən "Sakarya" qaz yatağının açılması barədə bu il elan edilib.

Emil İsmayılov

Digər xəbərlər