Türkiyə SOCAR və BP şirkətlərinə birgə müəssisənin yaradılmasına icazə verib

Türkiyə SOCAR və BP şirkətlərinə birgə müəssisənin yaradılmasına icazə verib
  • Clock-gray 12:48
  • calendar-gray 22 İyul 2020

Türkiyənin Rəqabət üzrə Dövlət Komitəsi SOCAR və BP şirkətlərinə neft-kimya sahəsində fəaliyyət göstərəcək birgə müəssisəsinin yaradılmasına icazə verib.

Bu barədə "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir.

Şirkətlər birgə müəssisənin yaradılması məqsədilə müvafiq quruma bu ilin aprelində müraciət edib.

Qeyd edək ki, SOCAR və BP şirkətləri İzmirin Əliağa bölgəsində neft-kimya kompleksinin tikintisi ("Merkuri" layihəsi) planlaşdırırlar.

Xatırladaq ki, "Merkuri" layihəsi SOCAR-ın Türkiyənin neft-kimya bazarındakı payını 35-40%-dək artıracaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının 20%-i "Petkim" neft-kimya kompleksi tərəfindən ödənilir, qalan hissəsi isə idxalın hesabına təmin edilir. Yeni kompleks Türkiyə iqtisadiyyatına hər il 4,5 mlrd. ABŞ dolları həcmində gəlir gətirəcək.

Kompleksə aromatiklər və PTA müəssisələri daxil olacaq. PTA zavodunda isə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, aromatiklər fabrikində isə 830 min ton paraksilol, 400 min tona yaxın benzol istehsal ediləcək. Bu 1,8 mlrd. dollar sərmayə qoyulması ehtimal edilən bir layihədir.

"Merkuri" layihəsi üzrə son investisiya qərarı gələn ilin son rübündə qəbul ediləcək.

Emil İsmayılov

Digər xəbərlər