Türkiyədə günəş və külək enerjisinin ümumi elektrik enerjisi istehsalında payı 36%-dək yüksələ bilər

Türkiyədə günəş və külək enerjisinin ümumi elektrik enerjisi istehsalında payı 36%-dək yüksələ bilər
# 23 noyabr 2020 17:27 (UTC +04:00)

Alternativ və nüvə enerjisinin Türkiyənin ümumi elektrik enerjisi istehsalında payı 2040-cı ildə 75%-ə çata bilər.

"APA-Economics"in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Sabancı Universitetinin İstanbul Beynəlxalq Enerji və İqlim Mərkəzi tərəfindən hazırlanan hesabatda deyilir.

Hesabat mərkəzin rəhbəri Bora Şekip Güray tərəfindən təqdim olunub.

Qeyd edək ki, hesabat iki ssenari əsasında qurulub. Baza ssenariyə görə, alternativ və nüvə enerjisinin Türkiyənin ümumi elektrik enerjisi istehsalında payı 58%-ə, alternativ ssenariyə əsasən isə bu göstəricinin 75%-ə yüksələcəyi gözlənilir.

Bununla yanaşı, qeyd edilir ki, külək və günəş enerjisinin ölkənin ümumi elektrik enerjisi istehsalında payı 2019-cu ildəki 11%-dən 36%-dək yüksələcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR