Türkiyənin qaz şəbəkəsinə daxil olan qazın həcmi artıb

Türkiyənin qaz şəbəkəsinə daxil olan qazın həcmi artıb
# 06 yanvar 2021 16:34 (UTC +04:00)

Ötən il Türkiyənin qaz şəbəkəsinə 50 mlrd. kubmetr qaz daxil olub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 6,38% çoxdur.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətindən bildirilib.

Məlumata əsasən, 2019-cu ildə Türkiyənin qaz şəbəkəsinə 47 mlrd. kubmetr qaz daxil olub.

Qeyd edilir ki, Türkiyə boru kəmərləri vasitəsi ilə "mavi yanacağı" Rusiya, Azərbaycan və İrandan idxal edir. İdxal edilən qazın digər hissəsi mayeləşdirilmiş qazın payına düşür.

Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında Türkiyə Azərbaycandan 9 381,02 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,34% çoxdur. Bununla da Azərbaycan Rusiyadan sonra Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

2019-cu ildə Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR