Ukrayna Rusiyadan birbaşa qaz alışını bərpa etməyəcək

Ukrayna Rusiyadan birbaşa qaz alışını bərpa etməyəcək
  • Clock-gray 16:08
  • calendar-gray 26 Yanvar 2021

Ukrayna Rusiyadan birbaşa qaz alışını bərpa etmək niyyətində deyil.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

"Hökumətimizin Rusiyadan birbaşa qaz almaq niyyəti yoxdur", - deyə Şmıqal qeyd edib.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayının sonunda Rusiya və Ukrayna arasında Rusiya qazının Ukrayna ərazisi ilə tranzitinin davam etdirilməsinə dair müqavilələr paketi imzalanıb. Bununla yanaşı, beşillik tranzit müqaviləsi imzalanıb. Bu sənədə görə, "Qazprom" şirkəti birinci il 65 mlrd. kubmetr, sonrakı dörd ildə isə 40 mlrd. kubmetr qazın nəqlinə zəmanət verir.

Bundan əlavə, qaz əməkdaşlığına dair protokola əsasən, "Qazprom" və "Naftoqaz" həcmlərdən asılı olaraq Ukraynaya güzəştli qiymətlə birbaşa qaz tədarükü məsələsinə baxa bilərlər.

Emil İsmayılov

Digər xəbərlər