Ukraynanın neftayırma zavodlarına oktyabrda 137 min tondan çox Azərbaycan nefti nəql edilib

Ukraynanın neftayırma zavodlarına oktyabrda 137 min tondan çox Azərbaycan nefti nəql edilib
# 24 noyabr 2020 18:38 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Ukraynanın “Ukrtransnafta” şirkəti tərəfindən nəql olunan neftin həcmi 13,2 mln. ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.

“Ukrtransnafta”dan “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə Ukrayna neftayırma zavodları üçün neft nəqlinin həcmi 2,2 mln. ton (2019-cu ilin analoji dövrünə nisbətən 9,8% çox), tranzit isə 11,1 mln. ton (+4%) təşkil edib.

2020-ci ilin oktyabr ayında neft nəqlinin ümumi həcmi keçən ilin oktyabr ayına nisbətən 3,5% azalaraq 1,4 mln. tona enib. Xüsusilə, Ukrayna ərazisindən keçən boru kəməri ilə neftin tranziti 7,3% azalaraq 1,2 mln. ton təşkil edib. Eyni zamanda, Ukrayna neft emalı zavodlarında neft nəqlinin həcmi 19% artaraq 250,8 min ton olub. Bundan neft emalı zavodlarına 113,3 min ton Ukrayna nefti və 137,5 min ton Azərbaycan nefti nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR