Vahid Ələkbərov: "Hazırda asanlıqla hasil edilən neft resursları mövcud deyil"

Vahid Ələkbərov: "Hazırda asanlıqla hasil edilən neft resursları mövcud deyil"
  • Clock-gray 13:07
  • calendar-gray 03 Dekabr 2019

“Hazırda asanlıqla hasil edilə bilən neft resursları mövcud deyil, mürəkkəb yataqların işlənilməsi isə elmi metodların tətbiqini tələb edir”.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, şirkət yeni texnologiyaların tətbiqi və istedadlı mütəxəssislərin cəlb edilməsi sayəsində bu ilin sonunadək 7 mln. ton mürəkkəb çıxarılan neft hasil edəcək.

“Biz artıq şist yataqlarında da iş aparırıq, Bojenov lay dəstəsində çalışırıq, bunların hamısı elmin tətbiqini tələb edir. Bu gün elmi-layihə işləri bizim qiymətimizin 5%-ni təşkil edir”, - deyə V. Ələkbərov bildirib.

Qeyd edək ki, neft və qazın kəşfiyyatı və istehsalı “Lukoil”ın fəaliyyətinin əsas elementidir. Hazırda şirkət 12 ölkədə kəşfiyyat və hasilat işlərini aparırıq. Şirkət Azərbaycanda neft-qaz bazarında da təmsil olunub, belə ki “Lukoil” Xəzərin Azərbaycan sektorunda yerləşən qaz-kondensat yatağının işlənilməsi layihəsində 10% ilə təmsil olunub.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date