Xırdalanda elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq

Xırdalanda elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq
# 18 dekabr 2020 12:07 (UTC +04:00)

Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, fasilələrə səbəb "Azərenerji" ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədardır.

Bu səbəbdən Xırdalan ETSİ xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində 18 dekabr 2020-ci il tarixində saat 13:00 dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR