"Xudafərin" və "Qız qalası" hidroqovşaqlarına dəymiş ziyan və tikinti xərcləri hesablanıb

"Xudafərin" və "Qız qalası" hidroqovşaqlarına dəymiş ziyan və tikinti xərcləri hesablanıb
  • Clock-gray 17:29
  • calendar-gray 04 Sentyabr 2020

Azərbaycan və İran hökumətləri arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilməkdədir.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə yaradılan Birgə Texniki Komissiyanın video-konfrans formatında növbəti iclası keçirilib.

Görüşdə “Xudafərin” və “Qız qalası” hidroqovşaqları üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələləri geniş müzakirə edilib.

Eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılmış Müştərək Texniki Komissiyanın video-konfrans formatında ilk iclası keçirilib. Görüşdə “Ordubad” su elektrik stansiyasının tikintisinin sürətləndirilməsi və stansiyanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. İclasda növbəti görüşün cari ilin sentyabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasında keçirilməsi qərara alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər