Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü üzrə İcra Komitəsinin ilk iclası keçirilib

Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü üzrə İcra Komitəsinin ilk iclası keçirilib
# 14 oktyabr 2020 17:50 (UTC +04:00)

Bu gün Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (Caspian Envıronmental Protectıon Initiatıve – CEPI) İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə təşəbbüsə üzv olan şirkətlərin ilk iclası keçirilib.

"APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, iclasda 2021-ci il üçün İş Planı müzakirə olunaraq təsdiqlənmiş və layihə koordinatoru seçilib. Bundan başqa, CEPI-nin strategiyasına uyğun olaraq, SOCAR-ın Xəzər regionunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə yeni layihə ideyası nəzərdən keçirilib və İş Planına daxil edilib. Bunun üçün iştirakçı şirkətlərin öz aralarında qabaqcıl təcrübələrinin paylaşılması, alternativ enerji texnologiyası ilə bağlı müşavirə və fikir mübadiləsinin təşkili və bu minvalla alternativ enerji istehsalının effektivliyinin artırılması nəzərdə tutulur.

2021-ci ildə istixana qazlarının emissiyasının sıfır həddinə qədər endirilməsinin təbliğ olunması və geniş ictimaiyyətə ətraf mühitin qorunması istiqamətində davamlı olaraq məlumatların çatdırılması üçün tədbir və təlimlərin təşkilinə dair razılıq əldə olunub.

Xatırladaq ki, daha əvvəl SOCAR, "KazMunayQaz", BP, "Equinor Absheron AS", "Total E&P Absheron B.V." şirkətlərinin təsisçiliyi ilə CEPI adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb. Cari ilin 14 sentyabr tarixində "Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi"ndə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "KazMunayQaz" şirkətinin İdarə Heyətinin sədri Alik Aidarbayev, BP şirkətinin AGT Regionu üzrə prezidenti Qari Cons, "Equinor Absheron AS" şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi, "Total E&P Absheron B.V." şirkətinin idarəedici direktoru Regis Aqut tərəfindən CEPI üzrə Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilib. CEPI Təşəbbüs Qrupunun məqsədi Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılmasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR