Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq

Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq
# 11 sentyabr 2020 12:13 (UTC +04:00)

Yaxın bir neçə ay ərzində İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi (sinxronlaşdırılması) layihəsinin araşdırması başa çatacaq və ondan sonra layihənin icrasına başlanacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Energetika naziri Rza Ərdəkanian deyib.

O bildirib ki, İran öz şəbəkəsini Rusiya elektrik şəbəkəsi ilə birləşmək üçün iki variant seçib: "İran öz elektrik şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyaya birləşdirmək, ikinci variant isə Ermənistan və Gürcüstan vasitəsilə Rusiyaya birləşdirməkdir. Bu iki variantdan hər hansı biri daha tez başa gələrsə İran həmin variantı seçəcək və həmin ölkə vasitəsilə öz elektrik şəbəkəsini Rusiya ilə birləşdirəcək. İran, Azərbaycan, Rusiya elektrik şəbəkələrinin birləşdirilməsi olduqca önəmli və ehtiyaclı bir layihədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR