ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu endirib

ABŞ Azərbaycanın neft hasilatı üzrə proqnozunu endirib
# 10 avqust 2022 09:20 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü ilər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu endirib.

"APA-Economics"in EİA-ya istinadən verdiyi məlumata görə, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatın 610 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoz göstəricidən 40 min azdır.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 660 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (iyulda verilib – red.) göstəricisi ilə müqayisədə 20 min barel azalma deməkdir.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci və 2019-cu illərdə sözügedən göstərici müvafiq olara 700 min barel və 780 min barel səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR