ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib
# 12 yanvar 2022 10:08 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il "Brent" markalı etalon neftinin bir barel üçün qiymətinin 67,5 ABŞ dolları, WTI markalı neftin qiyməti isə 63,5 dollar təşkil edəcəyi ehtimal olunur.

Bununla yanaşı EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib. Belə ki, qurumun hesablamalarına əsasən, 2022-ci ildə "Brent" neftinin ortalama qiyməti 74,95 Bu, əvvəlki proqnozla müqayisədə 4,9 dollar çoxdur. Ehtimala görə, WTI markalı neftin ortalama qiyməti cari ildə 71,32 dollar səviyyəsində olacaq, bu da öncəki proqnozdan 4,9 dollar çoxdur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 70,89 dollar (öncəki proqnoz 70,6 dollar), WTI-ın isə 68,21 dollar (ötən proqnoz 67,87 dollar) təşkil edib.

Ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, EIA neft qiymətlərinin azalacağını ehtimal edir.

Xatırladaq ki, 2020-ci ildə "Brent"in və WTI-ın qiyməti müvafiq olaraq 41,69 və 39,17 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR